12px14px16px18px

ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncədə səfərdə oldu

10:10 / 28.03.2012
Dünən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Gəncədə birgünlük səfərdə olub.
Koray Tarqay şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. APA-nın Qərb bürosunun məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Koray Tarqay Gəncəyə ilk dəfə səfər etdiyini deyib: “Bu, mənim Gəncəyə ilk səfərimdir. Azərbaycana təyin olunduğum dövrdən bəri regionlara səfər etmək fürsətim olmamışdı. İcra hakimiyyətinin başçısı ilə çox yararlı görüşümüz oldu. Elmar Vəliyevə ATƏT-in Bakı Ofisinin fəaliyyəti haqqında ümumi məlumat verdim. Bizim Gəncədə İnsan Hüquqları Hüquq Resurs Mərkəzimiz fəaliyyət göstərir, fəaliyyətimizlə bağlı bir problemimiz yoxdur. Bu əməkdaşlıq bu il də davam edəcək”.
ATƏT-in Bakı Ofisinin rəhbəri həmçinin Gəncə Şəhər Baş Polis İdarəsi və İnsan Hüquqları Resurs Mərkəzində görüşlər keçirib. Koray Tarqay Gəncədən sonra Şəkiyə səfər edəcək.





Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar