12px14px16px18px

“İmam Hüseyn” məscidinin sökülməsi xəbərlərinə rəsmi münasibət

10:04 / 28.03.2012
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonu ərazisindəki “İmam Hüseyn” məscidinin sökülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Komitənin mətbuat katibi Saleh Aslanov “Trend”in sualına cavab olaraq bildirib ki, komitədə məscidin sökülməsi ilə bağlı hər hansı məlumat yoxdur: “Məsciddə fəaliyyət göstərən dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və məscid tarixi abidə kimi qorunmaqdadır”. Qeyd edək ki, bəzi xarici KİV-lərdə “İmam Hüseyn” məscidinin söküləcəyi barədə məlumatlar yer alıb.



Bu yazı ( 41 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar