12px14px16px18px

Arif Hacılı və Fuad Qəhrəmanlının kassasiya şikayətlərinə baxılacaq

10:03 / 28.03.2012
İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kassasiya şikayətləri əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı müəyyənləşib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbər görə, kassasiya şikayətlərinə aprelin 24-də baxılacaq. Prosesə hakim Fərhad Kərimov sədrlik edəcək. Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub.



Bu yazı ( 41 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar