12px14px16px18px

“Siyasi partiyalar” qanunu gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacaq

14:42 / 20.03.2012
“Siyasi partiyalar haqqında” qanun layihəsinin aprel-may aylarında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. “ Trend “in məlumatına görə, bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qanun layihəsi hazırdır. “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur. Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.


Bu yazı ( 390 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar