12px14px16px18px

Gənclərin mitinqində saxlanılanlara sutkalıq həbs cəzaları verilib

14:40 / 20.03.2012
Martın 17-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin keçirdiyi mitinqdə saxlanılan “Bulistan” qrupunun üzvləri Camal Əli, Natiq Kamilov və “NİDA” Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı barəsində məhkəmə inzibati qərar çıxarıb. Komitənin İdarə Heyətinin üzvü Samir Əsədli APA-ya deyib ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunublar. S. Əsədli qeyd edib ki, qurumun İdarə Heyətinin toplantısı keçirilib və mitinqin nəticələri, orada baş verənlər təhlil olunub. O, aksiyaların davam etdiriləcəyini, Novruz bayramından sonra bununla bağlı qərarlarını açıqlayacaqlarını da söyləyib. S. Əsədli deyib ki, gənclərin 4 mart mitinqinə icazə vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyəti barədə məhkəməyə müraciət edilməsi məsələsi də müzakirə edilir. Qeyd edək ki, hüquq müdafiəçisi Elçin Behbudov artıq saxlanılan gənclərlə görüşüb.


Bu yazı ( 397 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar