12px14px16px18px

Meriya Müsavata bayramdan sonra cavab verəcək

14:36 / 20.03.2012   
“Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı müraciətinə yəqin ki, bayramdan sonra cavab veriləcək”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, paytaxtda keçirilən bayram tədbirləri ilə əlaqədar partiyanın müraciətini cavablandırmaq mümkün olmayıb: “Yəqin ki, gələn həftə cavab olacaq. Hər halda sənəd hazır olandan sonra nə isə demək olar”. Qeyd edək ki, Müsavat Partiyası qurultayın keçirilməsinə yer ayrılması üçün bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Əl Oyunları İdman Sarayının ayrılması istənilib. Paytaxt meriyası isə müraciətə rədd cavabı verib. Bundan sonra isə Müsavat Partiyası martın 3-də və 4-də keçirməyə hazırlaşdığı qurultayı qeyri-müəyyən vaxta təxirə salıb.


Bu yazı ( 369 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar