12px14px16px18px

“Suriyada partlayışdan zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur”

14:36 / 20.03.2012
Martın 17-də Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş partlayış nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, Azərbaycanın Suriyadakı səfirliyinin əməkdaşları səfirliyin konsulluq şöbəsinin qeydiyyatında olan Azərbaycan vətəndaşları ilə əlaqə saxlayıblar və onlardan heç birinin hadisə zamanı zərər çəkmədiyini öyrəniblər: “Səfirliyimiz Suriyadakı vətəndaşlarımızla (onların əksəriyyəti tələbələrdir) daimi əlaqədədir. Vətəndaşlarımızla müntəzəm görüşlər keçirilir, onlara diplomatlar tərəfindən təhlükəsizliklə bağlı lazımi tövsiyələr verilir”. E. Abdullayev Suriyadakı səfirliyin adi rejimdə fəaliyyət göstərdiyini və səfir başda olmaqla bütün səfirlik əməkdaşlarının çalışmağa davam etdiyini söyləyib. Səfirliyin təhlükəsizliyinin gücləndirilib-gücləndirilmədiyi haqda sualı cavablandıran diplomat bəyan edib ki, bu məsələ Azərbaycan XİN-in diqqət mərkəzindədir. Xatırladaq ki, bir sıra ölkələrin Suriyadakı diplomatik nümayəndəlikləri fəaliyyətlərini dayandırıblar. Türkiyə səfirliyi də martın 22-də rəsmən fəaliyyətini dayandıracaq.


Bu yazı ( 363 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar