12px14px16px18px

Bakıda lüzumsuz səs siqnallarına qarşı mübarizəyə başlanılıb

14:34 / 20.03.2012
Bakı Yol Polisi lüzumsuz yerə səs siqnallarından istifadə edən sürücülərə qarşı mübarizəyə başlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “ Trend “ə bildirib ki, dünən paytaxtda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyatın sıxlığı yaranıb. Belə şəraitdə sürücülərin lüzumsuz olaraq səs siqnallarından istifadə etmələrinin əhali arasında haqlı narazılığa səbəb olduğunu deyən V.Əsədov bildirib ki, belə sürücülərə qarşı yol polisi tərəfindən mübarizə gücləndirilib. Onun sözlərinə görə, dünən keçirilən tədbirlər zamanı 35-dən artıq sürücüyə inzibati qaydada protokol tərtib edilib. Babək prospekti, 28 May, Rəşid Behbudov, Afiəddin Cəlilov küçələri, Tbilisi prospektində yaranmış nəqliyyat sıxlığı ilə əlaqədar sürücülərin lüzumsuz olaraq səs siqnallarından istifadə etməsinə qarşı yol polisi tərəfindən tədbirlər davam etdirilir. V.Əsədov yolların hərəkət hissəsində, ikinci cərgədə avtomobil saxlayan sürücülərə qarşı da mübarizə tədbirlərinin gücləndiriləcəyini, onların məsuliyyətə cəlb olunacağını deyib. O, sürücülərə bir-birilərinin yolunu kəsməməyi, süni tıxac yaratmamağı məsləhət görür.


Bu yazı ( 387 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar