12px14px16px18px

Azərbaycanda əfv sərəncamının icrasına başlanıb

00:40 / 19.03.2012
 Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamının bu gün icrasına başlanılıb. APA-nın məlumatına görə, martın 15-də imzalanmış sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib. Əfv olunanlardan 60-ı kişi, 2-si qadındır, üçü isə Gürcüstan vətəndaşıdır. Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan Prezidentinə müraciət edib.


Bu yazı ( 461 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar