12px14px16px18px

Azərbaycanlı fəal 5 ay azadlıqdan məhrum edilib

00:27 / 19.03.2012
İranda azərbaycanlı fəal Mehdi Deyhəmi 5 ay azadlıqdan məhrum edilib. APA-nın HRANA-ya istinadən məlumatına görə, dövlət əleyhinə təbliğat aparmaqda təqsirləndirilən azərbaycanlı fəal barəsində Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsi tərəfindən hökm çıxarılıb. Mehdi Deyhəminin evində axtarış aparan İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları ona aid şəxsi əşyaları, kitabları və əlyazmaları müsadirə edib. Qeyd edək ki, azərbaycanlı fəal 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib. ETTELAAT-ın təcridxanasında 8 gün saxlanıldıqdan sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan Mehdi Deyhəminin 2012-ci ilin fevral ayında məhkəmə prosesi başlayıb.


Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar