12px14px16px18px

Sərbəst toplaşma azadlığının monitorinqi müzakirə olunacaq

11:54 / 16.03.2012
Martın 23-26-da Bakıda sərbəst toplaşma azadlığının monitorinqi ilə bağlı təlim keçiriləcək. APA-nın xəbərinə görə, təlim ATƏT-in Bakı ofisi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən vətəndaş cəmiyyətinin təmsilçiləri üçün təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar insan haqları, sərbəst toplaşma azadlığı ilə bağlı ATƏT qarşısında götürülmüş öhdəliklər, ATƏT DTİHB və Venesiya Komissiyasının sərbəst toplaşma azadlığına dair prinsipləri ilə tanış olacaq, bu sahədə milli qanunvericilik və prosedurları öyrənəcək, kütləvi tədbirlərin monitorinqi üzrə bacarıqlara yiyələnəcəklər.



Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar