12px14px16px18px

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

11:51 / 16.03.2012
Aprelin 23-27-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gündəliyi açıqlanıb. APA-nın AŞPA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib.
AŞPA-nın yaz sessiyasında qurumun vitse-prezidentləri seçiləcək, AŞPA Bürosunda və daimi komitədə Rusiyada prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq. Gündəliyə həmçinin Avropa Şurasının cənub qonşuluğunda gender bərabərliyi və qadınların statusu, idmanda etika və effektiv idarəetmə məsələləri, onlayn kütləvi informasiya vasitələri və internetdə söz azadlığını ifadə etmək hüququnun müdafiəsi, Şimali Qafqaz regionunda məcburi köçkünlərin durumu, iqtisadi və maliyyə böhranı ilə əlaqədar pensiyaların azaldılması problemi daxil edilib.



Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar