12px14px16px18px

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

11:48 / 16.03.2012
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlər barədə məlumat verib.
Fondun icraçı direktoru Vüqar Səfərli Novruz bayramı münasibətilə 2012-ci il fevralın 2-dən martın 6-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə Şura üzvlərinə məlumat verib. Müsabiqənin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda ümumilikdə 94 yazının təqdim edildiyini bildirib. Həmin yazıların 8-i informasiya agentliklərindən, 12-si regionlar, 74-ü isə respublika üzrə yayımlanan qəzetlərin əməkdaşları tərəfindən təqdim olunub. Vüqar Səfərli yazıların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirərək nəticələri Müşahidə Şurasının müzakirəsinə təqdim edib.
Daha sonra Fondun icraçı direktoru Müşahidə Şurası üzvlərini maraqlandıran sualları cavablandırıb. Şura üzvləri müzakirələr zamanı müsabiqəyə marağın daha da güclənməsini razılıqla vurğulamaqla yanaşı, yazıların peşəkarlıq səviyyəsinin yüksəlməsini müsbət hal kimi dəyərləndiriblər. Müzakirələr nəticəsində 10 istiqamət üzrə ən çox bal toplamış 3 yazı müəyyənləşdirilib və həmin yazıların müəllifləri səsvermə yolu ilə qalib hesab ediliblər.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar