12px14px16px18px

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda Şahinlə ov edən iki vətəndaşı saxlanılıb

11:37 / 16.03.2012
Azərbaycanda qanunsuz ov edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşları saxlanılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon 7 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müfəttişi Kərim Səlimov məlumat verib. Onun bildirdiyinə görə, BƏƏ vətəndaşları – Eissa Alhay Khalfan Almazrouei və Khalfan Sayan Eissa Rasas Almansoori xüsusi təlim keçmiş Qafqaz şahinləri ilə Beyləqan rayonunda “Şirinqum” adlanan qış otlaq sahələrində adları “Qırmızı kitab”a düşən bəzgək quşlarını ovlayırmışlar. Araşdırma zamanı əcnəbi vətəndaşların çantasından adları “Qırmızı kitab”a salınmış 4 ədəd bəzgək quşunun qanadı aşkar edilib. Qanunsuz ovlanmış quşların qidaya yararlı hissəsi yeyilib.
Məlumata görə, Şahin quşları Qafqaz ərazisindən tutularaq ərəb ölkələrinə aparılır və orada onlara xüsusi təlim keçilir. Bundan sonra şahinlər Azərbaycana gətirilir və burada onlarla ov edilir. Adı “Qırmızı kitab”da olan nadir bəzgək quşunun ovlanması qadağan edildiyi üçün 7 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən akt tərtib olunub, araşdırma aparılır.



Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar