12px14px16px18px

Hüsnü Mübarək Misir prezidenti olmağa qərar verdi

11:37 / 16.03.2012
General Hüsnü Mübarək Misirdə keçirilən prezident seçkilərinə namizəd kimi qatılacaq. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, o, 30 il Misirdə hakimiyyətdə olmuş və inqilabla devrilmiş sabiq prezidenti Hüsnü Mübarəkin əmisi oğludur və xarici görkəminə görə də sabiq prezidentə oxşayır. Misirdə prezidentliyə namizədlərin rəsmi qeydiyyatı martın 10-da başlayıb və 57 yaşlı Hüsnü Mübarək də artıq seçkilərə qatılmaqla bağlı qərarını dəqiqləşdirib. Bununla belə, general Hüsnü Mübarək sabiq prezident Hüsnü Mübarəkin siyasətinin tərəfdarı deyil. O bəyan edib ki, sabiq prezident kimi siyasət yürütməyəcək, ölkəni təhlükəli zonaya aparmayacaq. Ancaq Hüsnü Mübarəkin şansı yüksək qiymətləndirilmir. İndiyə qədər Misirdə 500 nəfər prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb. Onların arasında Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Amr Musa, sabiq baş nazir Əhməd Şavik, Müsəlman Qardaşları Hərəkatının sabiq rəhbərlərindən biri olmuş Abdelmonem Abdelfattuh da var. Misirdə prezident seçkiləri 23 və 24 may tarixlərində keçiriləcək.



Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar