12px14px16px18px

Əli Həsənov: “Rusiya bu işə əl qoymasa,Qarabağ məsələsində ciddi irəliləyişə nail olunmayacaq”

“RUSİYA ERMƏNİSTANA TƏSİRLİ TƏZYİQ GÖSTƏRMƏKLƏ, BU ÖLKƏNİ KONSTRUKTİV İSTİQAMƏTƏ YÖNƏLDƏ BİLƏR”

01:11 / 13.03.2012
“Ümid edirik ki, Rusiya yeni prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair indiyə qədər göstərdiyi səyləri bir qədər də artıracaq, onları daha da səmərəli edəcək”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. “Çünki Rusiya bu işə əl qoymasa, münaqişənin həlli istiqamətində səylərini artırmasa, nə ATƏT, nə onun Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcək. Çünki Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur”, – deyə PA rəsmisi bildirib. Ə. Həsənov bildirib ki, Rusiya faktiki olaraq siyasi, iqtisadi, sosial, hərbi və digər məsələlərdə Ermənistan üzərində mühüm təsir qüvvəsinə malikdir: “Rusiya Ermənistana təsirli təzyiq göstərməklə, bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər. Biz Ermənistandan çox şey istəmirik. Sadəcə, danışıqlarda konstruktiv mövqeyə yaxınlaşsın. Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasını, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlıların vətəndaş, milli, etnik hüquqlarının bərpası üçün Azərbaycana şərait yaratmasını istəyirik”.


Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar