12px14px16px18px

Ermənistan Silahlı Qüvvələri ötən ay atəşkəs rejimini 64 dəfə pozub

01:08 / 13.03.2012  
Bu ilin fevral ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Qarabağ cəbhəsində və dövlət sərhədində atəşkəs rejimi 64 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi rəsmi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb. İtki olmayıb. Ötən ay atəşkəsin ən çox pozulması faktı Ağdam rayonu istiqamətində – 16 dəfə qeydə alınıb. Bundan başqa, fevral ayında Tərtər rayonu istiqamətində atəşkəs rejimi 12, Xocavənd istiqamətində 9, Füzuli istiqamətində 8, Cəbrayıl istiqamətində 6, Tovuz istiqamətində 5, Qazax istiqamətində 3, Goranboy istiqamətində 3, Gədəbəy istiqamətində isə 2 dəfə pozulub. Ümumilikdə, 2012-ci ilin yanvar-fevral ayları ərzində cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 151 dəfə pozulub. Cari il ərzində Azərbaycan Ordusunun cəbhə xəttində bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 1 hərbçisi isə atəşkəsin pozulması nəticəsində yaralanıb. Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2011-ci ildə cəbhə xəttində atəşkəs rejimi 774 dəfə pozulub. Ötən il cəbhə xəttində Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 şəhid verib, 24 nəfər isə yaralanıb.


Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar