12px14px16px18px

İlaxır çərşənbəsi ilə əlaqədar atəşfəşanlıq olacaq

01:08 / 13.03.2012
“Novruz bayramı” tədbirləri çərçivəsində ilaxır çərşənbəsi ilə əlaqədar Bakıda İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişdiyi yerdən Qoşa Qala qarısının qarşısındakı “Gənclər” meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhdudiyyət bu gün saat 23.00-dək davam etdiriləcək. Məlumda bildirilir ki, bu gün Bakıda ilaxır çərşənbə münasibətilə milli geyimli 12 atlının müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət olan bayram karvanı hərəkət edəcək. Karvan Suraxanı rayonu “Atəşgah” məbədində yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər” meydanına gətirəcək. Saat 18.20-də həmin meydanda bayram konserti başlayacaq, 20.00-da atəşfəşanlıq olacaq.


Bu yazı ( 152 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar