12px14px16px18px

Nazim İbrahimov: “İstərdik ki, Ermənistan musiqi yarışında iştirak etsin”

00:52 / 13.03.2012
“Ermənistan bizə düşmən olan ölkədir və onlara elə bu cür hiss bəsləmək lazımdır. Ermənistanın Azərbaycanda keçiriləcək “Eurovizion” musiqi yarışmasında iştirakdan imtina etməsi onların öz işidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O, Ermənistanın işğalçı olduğunu xatırladıb: “Torpaqlarımız işğal olunarkən, bu qədər insan əziyyət çəkərkən bizdə erməni sevgisi təbii ki, ola bilməz. Lakin bütün bunlara baxmayaraq, istərdik ki, ermənilər bu musiqi yarışında iştirak etsinlər. Onların həyatına heç bir təhlükə ola bilməzdi”. N.İbrahimov qeyd edib ki, diasporanın əsas məqsədi Ermənistanın təcavüzkar kimi tanıdılması və erməni vəhşiliyinin üzə çıxarılmasıdır.


Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar