12px14px16px18px

İsveç parlamentində Qarabağ müzakirəsi

00:49 / 10.03.2012
İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin müzakirəsi aprelin ikinci ongünlüyünə təyin olunub. Bu barədə APA-ya İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyev məlumat verib. Onun sözlərinə görə, İsveç parlamentinin deputatları qətnamənin aprelin 10-da müzakirəyə çıxarılacağını, qeyd olunan müddətdə qətnamə ilə bağlı səsvermənin keçiriləcəyini bildirib. Xatırladaq ki, bu, İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair səsverməyə çıxarılacaq ilk qətnamədir. Emil Mirzoyev bildirib ki, ilk əvvəl parlamentdə təmsil olunan hər partiya qətnamə ilə bağlı daxili müzakirə keçirəcək. Daha sonra bütün partiyaların mövqeyi və qətnamənin məqsədi yazılı şəkildə təqdim olunacaq: “Keçirdiyimiz çoxsaylı görüşlər nəticəsində Konqres üzvləri erməni işğalçılarının işğal altında olan Azərbaycan torpaqlarında insan haqlarını kobud şəkildə pozmasına dair faktları parlament üzvlərinin nəzərinə çatdırıblar. Məsələn, son görüşlərimizdən birində bizə bildirdilər ki, erməni lobbisi dəfələrlə Dağlıq Qarabağın Ermənistana SSRİ Ali Sovetinin qərarı ilə verildiyini bəyan edib. Guya bu faktın Ermənistanın müstəqilliyi haqqında aktda öz əksini tapması açıq-aşkar yalandır. Biz bunu dəfələrlə İsveçli siyasətçilərə dəfələrlə bəyan etmişik”.


Bu yazı ( 193 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar