12px14px16px18px

Azərbaycanda qanunsuz fəaliyyət göstərən üç aptek bağlanıb

00:43 / 10.03.2012
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən apteklərdə reydləri nəticəsində üç aptekin fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, 8-i paytaxtda, 13-ü isə Sumqayıtda olmaqla 21 əczaxanaya baxış keçirilib: “Onlardan onunun lisenziya əsasında, 3-nün isə qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Yoxlamadan dərhal sonra hər üç aptekin fəaliyyəti dayandırılıb”. A.Qədirli onu da bildirib ki, yoxlamalar zamanı 21 əczaxanadan ümumilikdə 647 qutu sertifikatsız dərman müsadirə edilib. Onlardan 196-sı Bakı, 390-ı Sumqayıt apteklərinin payına düşüb. Qalan 61 qutu preparat isə qanunsuz obyektlərdən götürülüb.





Bu yazı ( 180 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar