12px14px16px18px

Bakıda yaşayış binasının sökülməsinə qərar verildi

NAZİRLƏR KABİNETİNDƏ ABİD ŞƏRİFOVUN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB

00:40 / 10.03.2012 Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında yaranan çökmə prosesi ilə bağlı yekun rəy açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya açıqlamasında bildirib ki, artıq baş verən hadisənin səbəbləri ilə bağlı arayış Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub: “Burada iki proses – qruntlarda çökmə prosesi və mexaniki susponziya baş verir. Susponziya o deməkdir ki, binanın bünövrəsinin aşağı hissəsi yuyulmaya, axıntıya qarşı yumşaq olan qumlardan və qruntlardan ibarətdir. Bunun təbii, yeraltı sular nəticəsində yuyulması baş verib və ərazidə bünövrənin qeyri-bərabər çökməsi, boşalma gedib”. Ş.Niftiyevin bildirdiyinə görə, ərazidə baş verən çökmə ilə bağlı dünən Azərbaycan Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə iclas keçirilib: “Həmin ərazidə kommunikasiya xətlərində su sızmaları, atmosfer çöküntülərinin intensivliyinin artması qeyri-bərabər çökməyə və susponziyaya səbəb olub, bu proseslərin nəticəsində də binanın özül hissəsində deformasiyalar yaranıb. Ərazidə geoloji proseslərin inkişafı müşahidə olunduğu üçün ona qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Ona görə də binanın əhalisi köçürülüb. Binanın tamamilə sökülməsi həyata keçiriləcək, çünki bu binanı bərpa etmək mümkün deyil. Ərazinin özülü qumlardan ibarət olmaqla bərabər, qrunt sularının səviyyəsi kritik həddən də yuxarı qalxıb və artıq yer səthinə yaxınlaşıb”. Qeyd edək ki, fevralın 27-dən Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında susponziya və qeyri-bərabər çökmə prosesi gedib. Bununla əlaqədar binada çatlar və binanın konstruksiyasında dəyişikliklər əmələ gəlib. Aidiyyəti qurumlar tərəfindən əhali oradan artıq təxliyə olunub.


Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar