12px14px16px18px

Hüquq müdafiəçiləri əfvlə bağlı prezidentə müraciət ünvanladılar

00:39 / 10.03.2012
Bir neçə hüquq müdafiə təşkilatının təmsil olunduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Prezident İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya qrupun üzvü olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. N. Cəfəroğlu müraciətin Novruz bayramı öncəsi əfv sərəncamının imzalanması təklifi ilə bağlı olduğunu açıqlayıb: “Biz İctimai Palatanın ötən ilin aprel ayında keçirdiyi aksiyalar zamanı saxlanılan şəxslərin, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev və digər şəxslərin də əfv olunmasını istəyirik”.


Bu yazı ( 177 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar