12px14px16px18px

“Azərbaycan və regional təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

00:35 / 10.03.2012
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə “Azərbaycan və regional təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AMİP sədri Yusif Bağırzadə tədbiri açaraq hazırda Azərbaycanın yerləşdiyi bölgənin dünyanın üç gərgin regionundan biri olduğunu bildirib. O deyib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanın yerləşdiyi region böyük qüvvələrin – ABŞ, Rusiya və Avropa İttifaqının diqqətindədir. Y. Bağırzadə bu yaxınlarda Azərbaycanın İsraildən 1,6 milyard dollar məbləğində silah alması barədə mətbuatda yayılan xəbərləri xatırladaraq qeyd edib ki, bu, qonşu ölkələri qıcıqlandırıb: “Halbuki Azərbaycan müstəqil siyasət yürüdən bir dövlətdir”. Y. Bağırzadə Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev deyib ki, hazırda regionda Azərbaycanla bağlı təhlükə yoxdur: “Amma perspektivdə ola bilər”. R. Nurullayev İranın ABŞ tərəfindən vurulacağı təqdirdə Azərbaycanı gözləyən problemlərdən də danışıb. Avroatlantik Şuranın rəhbəri Sülhəddin Əkbər, AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı və digər politoloqlar, siyasi ekspertlər çıxış edərək mövzunun əhəmiyyətini vurğulayıblar. Onlar ABŞ-İran münasibətləri fonunda Azərbaycanın qarşılaşa biləcəyi problemlərdən danışaraq Türkiyə ilə hərbi-strateji münasibətlərin dərinləşməsinin vacibliyini dilə gətiriblər.


Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar