12px14px16px18px

Ermənistan “Eurovision-2012”dən imtina etdi

14:20 / 08.03.2012
Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməyəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu gün Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə bununla bağlı rəsmi məktub göndərib.
“Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bu qərarı belə dəyərləndirib: “Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. EBU-nun səylərinə baxmayaraq, bəzi bizdən asılı olmayan səbəblərə görə, onlar belə qərar verdilər”.
Beləliklə, Bakıda keçiriləcək 57-ci Eurovision mahnı müsabiqəsində 43 ölkə yox, 42 ölkə iştirak edəcək. Hər yarımfinalda 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. “Böyük beşlik” ölkələri və keçən ilki qalib Azərbaycan isə birbaşa finalda çıxış edəcək.





Bu yazı ( 143 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar