12px14px16px18px

Azərbaycan əhalisinin 50,4 faizi qadınlar təşkil edir

14:19 / 08.03.2012
Bu ilin mart ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 661,7 min nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qadınların 58,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 24 uşaq gətirir. Ötən il doğulmuş 176,1 min körpənin 46,2 faizini qızlar təşkil edib.
“Hazırda ölkədə 25 doğum evi, 214 qadın məsləhətxanası, 258 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir”, – deyə Komitədən bildirilib.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76 faizi, orta ixtisas təhsil müəssisələrində 73 faizi, ali təhsil müəssisələrində 48 faizi, həkimlərin isə 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66%-i, ali təhsil müəssisələrinin tələbələrinin isə 47 faizi qızdır.




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar