12px14px16px18px

İranın sabiq səfiri: “İran -Azərbaycan münasibətlərinin hazırkı durumundan narahatam”

14:18 / 08.03.2012
İran-Azərbaycan Dostluq Qrupunun sədri, İranın Azərbaycandakı sabiq səfiri Əhəd Qəzai Bakıya gəlib. Ə. Qəzai APA-nın əməkdaşı ilə söhbətində Bakıya səfərinin şəxsi, yəni qeyri-rəsmi olduğunu bildirib. O, Bakıda bir sıra dostları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Sabiq səfir müsahibə verməyə həvəsli görünməsə də, APA-nın bəzi suallarını cavablandırıb. O, artıq 3 ildir, İran Xarici İşlər Nazirliyində çalışmadığını, təqaüdə çıxdığını bildirib.
Sabiq səfir İran-Azərbaycan münasibətlərinin hazırkı durumundan narahat olduğunu da deyib: “Bu məsələdə hər iki tərəf müəyyən qədər əsas verib, amma münasibətlər bu cür olmamalıdır. Əslində, iki ölkə arasında münasibətlərin gərgin olmasında maraqlı olan qüvvələr var. Təkcə İsrail və ABŞ deyil, elə Avropa da bizim normal münasibətlərimizin olmasını istəmir”.



Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar