12px14px16px18px

Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq tikilib

14:04 / 08.03.2012
Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilib. Milli Məclisə təqdim olunmuş hesabatda Heydər Əliyev Fondunun dəstəyi ilə 7 məscid və ziyarətgahın inşa və ya əsaslı təmir olunduğu da vurğulanıb.Hesabatda dövlət qeydiyyatından keçmiş dini icmaların sayının 571-ə çatdığı bildirilir. Həmin icmalardan 551-i İslam, 20-si isə qeyri-islam təmayüllüdür. 2011-ci ildə müvafiq ekspertizaya 1681 adda dini ədəbiyyat təqdim edilib. Onlardan 51 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.Bundan başqa, hesabatda bildirilir ki, radikal dini qruplara və zərərli təriqətlərə qarşı maraqlı xarici dövlətlərlə birgə mübarizə aparılması məqsədilə lazımi tədbirlər davam etdirilib, xarici ölkələrin dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, səfirlər və digər yüksək rəsmi şəxslərlə çoxsaylı görüşlər keçirilib və əhəmiyyətli müzakirələr aparılıb.
Bayramda “Azərpoçt”un bütün mərkəzi poçt şöbələri işləyəcək
Novruz bayramı günlərində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri vətəndaşlara xidmət göstərəcək. Nazirlikdən “APA”ya verilən məlumata görə, Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərlərini nəzərə almaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək. Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilər müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcək.




Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar