12px14px16px18px

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşündə Bəyannamə qəbul olunub

13:55 / 08.03.2012
Dünən Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda görüşü keçirilib. APA-nın Naxçıvana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, regional əlaqələrin və layihələrin müzakirə olunduğu görüşün yekununda Naxçıvan Bəyannaməsi imzalanıb. Bəyannamədə qeyd olunub ki, nazirlər önəmli regional və beynəlxalq məsələlərdə müzakirələri davam etdirməyi dəstəkləyirlər: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini məmnuniyyətlə qarşılayırıq”.
Sənəddə qeyd olunub ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulayır.
Sənəddə bildirilir ki, nazirlər üçtərəfli iqtisadi komitənin bu ilin may ayında Türkiyədə ticarət, sənaye və investisiya, iyunda Azərbaycanda nəqliyyat, sentyabrda İranda enerji, oktyabrda İranda Turizm və mədəniyyət alt komitələrinin toplantılarının keçirilməsini razılaşdırıblar. Toplantıların dəqiq tarixi görüşdən bir ay əvvəl müəyyənləşdiriləcək.
Tərəflər Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirmə imkanlarının mövcud olduğunu bəyan ediblər. Tərəflər viza rejiminin sadələşdirilməsi məsələsini düşünəcəklər.
Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək.
Xarici işlər nazirlərinin görüşü çox faydalı, məlumatı və geniş keçdi. Bir çox qlobal məsələlər müzakirə olundu. Bəyannamədə regionda baş verən proseslərə toxunulub”.Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Bu cür görüşlər hər üç dövlət üçün önəmlidir”, – deyə nazir vurğulayıb.



Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar