12px14px16px18px

Əli Həsənov Belçika Senatının prezidenti ilə görüşüb

13:49 / 08.03.2012
Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Belçika Senatının prezidenti Sabin de Betyune (Sabine de Bethune) ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı Əli Həsənov Belçika Senatının prezidentinə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyon Azərbaycan vətəndaşı öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Görüşdə iştirak edən Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar Azərbaycanın tolerant ölkə olduğunu bildirib.
O deyib ki, Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar dinc və əmin-amanlıq şəraitində yaşayırlar. Blanşar Azərbaycana demokratiyanın inkişafı yolunda uğurlar arzulayıb.
Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk Qrupunun göstərdiyi səylər nəticə verməyib və bunu nəzərə alaraq, beynəlxalq ictimaiyyət münaqişəsinin həllində daha fəal oynamalıdır.
Blanşar ümidvar olduğunu bildirib ki, Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmələr dünya ictimaiyyətinin bu problemlə daha yaxından tanış olmasına qulluq edəcək. Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Belçika parlamentinin palataları ilə tanış olub.
Qeyd edək ki, görüşdə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova da iştirak edib.



Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar