12px14px16px18px

Hollandiyalı nazir: “Azərbaycanda böyük iqtisadi dəyişikliklər və inkişaf baş verib”

13:43 / 08.03.2012
“Azərbaycanda bir sıra Hollandiya şirkətləri uğurla fəaliyyət göstərirlər. Səfərimizin məqsədi iki ölkə arasında mövcud əməkdaşlığı daha da genişləndirməkdir”. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Hollandiyanın infrastruktur və ətraf mühit naziri Melani Şults van Haegen bidirib.
Onun sözlərinə görə, Azərbaycan və Hollandiya arasında biznes sahəsində əməkdaşlığın əsasını suyun idarə olunması, limanların tikintisi və digər layihələr təşkil edir. Nazir qeyd edib ki, ötən il Azərbaycan nümayəndə heyətinin Hollandiyaya səfəri zamanı səfirliklərin açılması və əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb: “Dünən Azərbaycanın başqa regionlarında da olmuşam. Azərbaycan çox gözəl ölkədir və burada böyük iqtisadi dəyişikliklər, inkişaf baş verib. İqtisadi məsələlərə nəzarət və onların inkişafı çox vacibdir. Hollandiyanın da bu sahədə çox böyük təcrübəsi var. Düşünürük ki, birgə əməkdaşlıq sayəsində daha böyük müvəffəqiyyətlər əldə olunacaq”.




Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar