12px14px16px18px

Rusiyada azərbaycanlı inşaatçı şəhər bələdiyyəsinin deputatı seçilib

13:40 / 08.03.2012
Rusiyada yaşayan azərbaycanlı inşaatçı şəhər bələdiyyəsinin deputatı seçilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyada martın 4-də prezident seçkiləri ilə yanaşı şəhər bələdiyyələrinə də seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, azərbaycanlı inşaatçı Əlizaman Rəhimov Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü seçilib. O, “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) Partiyasının siyahısı ilə deputat olub.
Qeyd edək ki, Ə. Rəhimov Domodedovo şəhərində xeyriyyəçilik fəaliyyətinə görə tanınır. O, öz vəsaiti hesabına yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə məktəb, xəstəxana və bağça tikdirib. Fəaliyyətinə görə Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılan Ə. Rəhimov keçən il Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həm də Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki “Kaspi” diaspor təşkilatının rəhbəridir.



Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar