12px14px16px18px

Sinoptiklərdən 8 Mart sürprizi

SULU QAR VƏ QAR YAĞACAQ

08:26 / 07.03.2012
Martın 8-dən respublikanın şimal rayonlarından başlayaraq, ölkə ərazisində havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bunu “Trend”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bakı və Abşeron yarımadasında martın 8-də səhər hava çiskinli olacaq, axşama doğru isə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq. Amma martın 9-da havanın fasilələrlə yağıntılı olacağı, gecə və səhər saatlarında isə yağıntının sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq. G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti martın 8-dən 10-dək davam edəcək.



Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar