12px14px16px18px

Bakıda tikiləcək dünyanın ən hündür binasının qiyməti açıqlandı: 2 milyard dollar

08:25 / 07.03.2012
Bakı şəhəri yaxınlığında, Xəzər dənizində salınan yeni şəhər – “Khazar Islands”da tikintisi nəzərdə tutulan 1050 metr hündürlüyü olan “Azerbaijan Tower” (“Azərbaycan Qülləsi”) bina kompleksinin inşası 2 milyard ABŞ dollarına başa gələcək. Bu barədə “APA-Economics”ə “Khazar Islands” layihəsini inşa edən “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib. Onun sözlərinə görə, binanın memarlıq layihəsi artıq hazırdır, onun konstruksiya hissəsini ABŞ, Britaniya və Hollandiya şirkətləri birlikdə hazırlayacaq: “Bizim hesablamalarımıza görə, binanın tikintisi təqribən 2 mlrd. dollara başa gələcək”. Ümumi sahəsi 1 mln. kv. metr olacaq “Azerbaijan Tower” konstruksiyanın möhkəmliyini təmin etmək məqsədi ilə müxtəlif mərtəbəli 7 binadan ibarət olacaq. Burada mənzil, otel, ofis sahələri və s.-nin olması nəzərdə tutulub.
Xatırladaq ki, bununla da “Azerbaijan Tower” ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan “Bürc Xəlifə”dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan “Kingdom Tower” qülləsindən 50 metr hündür olacaq.
Qeyd edək ki, “Khazar Islands” layihəsinin icrası ümumilikdə təqribən 100 mlrd. dollara başa gələcək.



Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar