12px14px16px18px

Magistraturaya qəbulun birinci mərhələsinin nəticələri açıqlandı

13 NƏFƏR QAYDALARA ZİDD HƏRƏKƏTLƏRƏ YOL VERDİKLƏRİ ÜÇÜN İMTAHANDAN XARİC OLUNUB

08:18 / 07.03.2012
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 30 binada təşkil olunmuş imtahan saat 13:00-da başlayıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.
Nəticələr dünən saat 18:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı “İmtahancell” xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir. İmtahanda iştirak etmək üçün 18019 bakalavr qeydiyyatdan keçib. (Ötən il bu rəqəm 16510 olub). Onlardan 460 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. Hər bir bakalavr TQDK-nın internet saytına daxil olaraq öz cavablarının qrafik təsviri ilə tanış ola bilər.






Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar