12px14px16px18px

Belçika parlamentində Qarabağla bağlı qətnamə müzakirəyə çıxarılacaq

08:17 / 07.03.2012
Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin müzakirəyə çıxarılması gözlənilir. Bu barədə APA-nın Brüsselə ezam olunmuş müxbirinə Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi qrupun (İQ) rəhbəri Filipp Blanşar deyib: “Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra beynəlxalq təşkilatların qərarları var. Bunları nəzərə alaraq Belçika parlamentinin üzvü David Herpsin təklif edib ki, Belçika parlamentində Dağlıq Qarabağ problemi barədə qətnamə müzakirəyə çıxarılmalıdır”. Onun sözlərinə görə, qətnamənin nə zaman müzakirəyə çıxarılacağı hələlik məlum deyil: “Qətnamənin mətninin hazırlanması prosesi yekunlaşmaq üzrədir. Sənəd hazır olan kimi parlamentə təqdim olunacaq”.
F. Blanşar onu deyib ki, Dağlıq Qarabağ problemi ancaq sülh yolu ilə həll olunmalıdır: “Mənim şəxsi mövqeyim belədir ki, münaqişənin həllinin ilk mərhələsindən Dağlıq Qarabağ ətrafında olan 7 rayon azad olunmalıdır. O bölgədən olan bütün məcburi köçkünlər geri qayıtmalıdırlar”.
Qeyd edək ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun rəhbərlik etdiyi heyət Belçikada səfərdədir. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək.
Dünən səfər çərçivəsində Belçika parlamentində “Dağlıq Qarabağ münaqişəsinin hüququ və humanitar aspektləri” mövzusunda dinləmələr keçirilib.




Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar