12px14px16px18px

“Qorbaçova verilən Nobel mükafatı geri alınsın”

08:16 / 07.03.2012
Milli Məclisin deputatı Etibar Hüseynov və “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə Mixail Qorbaçova təqdim olunan Nobel mükafatının geri alınması tələbi ilə hazırlanan müraciətlə əlaqədar mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, mətbuat konfransında İsveç və Norveç krallarına, Norveç Nobel Komitəsinin sədrinə və Norveç parlamentinə, Nobel ailəsinin üzvlərinə ünvanlanan müraciət açıqlanıb.
Müraciətdə hadisə barədə ətraflı məlumat verilib, Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərinə diqqət yönəldilib və bildirilib ki, həmişə öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Bakı şəhəri 1990-cı ilin 20 yanvar günü dünyanın xəbər gündəminə ağır faciə ilə gəlib: “Həmin gün SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri heç bir xəbərdarlıq edilmədən şəhərə yeridildi, azadlıq və demokratiya tələbi ilə dinc aksiya keçirən vətəndaşlara qarşı amansız terror həyata keçirildi. Bu hadisələr zamanı 131 nəfər öldürülüb, 744 şəxs yaralanıb, 328 nəfər əlil olub, 841 nəfər isə qanunsuz həbs edilib. Mixail Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozub. O, sovet ordusunun törətdiyi cinayətlərə görə dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır. Keçmiş SSRİ ərazisində əli yüzlərlə dinc və heç bir günahı olmayan insanın qanına bulaşmış, milyonlarla insanı qaçqına çevirmiş Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi bu mötəbər mükafatın adına bir ləkədir”.
E. Hüseynov deyib ki, məktubla yanaşı, 20 Yanvar hadisələrini özündə əks etdirən video-çarx da adıçəkilən ünvanlara göndərilib. Məktub ümumilikdə şəhid ailələrinin 300-dən artıq üzvü tərəfindən də imzalanıb.






Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar