12px14px16px18px

ATƏT cəbhədə növbəti monitorinq keçirəcək

08:15 / 07.03.2012
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 7-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki, şəxsi köməkçi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.



Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar