12px14px16px18px

Bakı şəhər prokuroruna yeni müavin təyin edilib

08:15 / 07.03.2012
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.Onun sözlərinə görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorunun müavini, Baş prokurorun digər köməkçisi Rasim Hacıyev isə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin ediliblər.



Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar