12px14px16px18px

Meriya gənclərin mitinq müraciətinə rədd cavabı verdi

02:15 / 03.03.2012
Bakı Şəhər İcra Hakimiyyəti Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) martın 4-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə cavab verib. GHMK-nin İdarə Heyətinin üzvü Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, paytaxt meriyası qurumun mitinq keçirmək üçün məktubunu mənfi cavablandırıb. S. Əsədli qeyd edib ki, təmsil olunduğu komitə müraciətə qanunda göstərilmiş vaxtdan gec cavab verdiyi və həmçinin bu addımı ilə qanunvericiliyin müvafiq maddələrini pozduğu üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyi planlaşdırır. S.Əsədli martın 5-də mitinq keçirməklə bağlı növbəti dəfə paytaxt meriyasına müraciət edəcəklərini də bildirib. Qeyd edək ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı fevralın 13-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə martın 4-də “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Qarabağ” tələbləri ilə Füzuli meydanında, Nərimanov və Təbriz kinoteatrlarının qarşısında, o cümlədən müvafiq meydanda 1500 nəfər gəncin mitinq keçirmək istəyi əks olunub.





Bu yazı ( 203 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar