12px14px16px18px

Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi açıqlanıb

02:09 / 03.03.2012
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi müəyyənləşib. APA-nın xəbərinə görə, Ədliyyə naziri yanında seçki komissiyasının toplantısı keçirilib və komitənin yeni tərkibi barədə yekun qərar qəbul olunub. Qərara əsasən, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Şahin Camalov, Elmari Məmişov və Elçin Salmanov qurumun üzvü seçilib. Komitənin əvvəlki tərkibində olmuş Elmira Ələkbərova səhhəti ilə bağlı tərkibdən çıxarılıb. Onun yerinə Səadət Bənənyarlı yeni tərkibə daxil edilib. Həmçinin bir vakansiya yerinə Elçin Salmanov daxili edilib. İctimai Komitənin koordinatoru isə Əliməmməd Nuriyev müəyyənləşib. İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, deputat Rəbiyyət Aslanova, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nümayəndələri və başqaları daxildir. Qeyd edək ki, bu gün yeni tərkibin ilk iclasının keçirilməsi planlaşdırılır.


Bu yazı ( 172 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar