12px14px16px18px

AGClub-un sıraları genişlənir

14:20 / 02.03.2012
Hər ay partnyorlarının siyahısını genişləndirən AGClub-a, fevral ayı ərzində də yeni obyektlər qoşulub. Bunlar, bir çoxumuzun yaxından tanıdığı və artıq AGClub kartı istifadəçilərinə müxtəlif endirimlər təklif edən IDEA, Liadro, Swarovski, The House of Villeroy & Boch, Yves Delorme, Baccarat mağazaları və Chio Chio San restoranıdır. Sadə AGClub kartı sahiblərinə 5%; Gold, Premium və Platinum paketlərinin sahiblərinə isə, adıçəkilən obyektlərdə 10% endirim təklif olunur.
Həmçinin, AGClub istifadəçiləri Röya salonunda 15% (S. Vurğun, ev 114), Bəyaz Kimyəvi Təmizləmədə 10% (Ə.Əliyev küç, 45), Pietro Brunelli mağazalar şəbəkəsində 5-20% endirimlər təklif olunur. Eyni zamanda Gəncə şəhərində də Siz, endirimlərdən yararlana bilərsiniz. Belə ki, Gəncədə yerləşən Çağteks gəlinlik paltarları mağazasında 10-20%, Azərin hədiyyə mağazaları şəbəkəsində isə 5-20% endirim ala bilərsiniz.
Öz unikallığı ilə seçilən və təkrarsızlığı ilə tanınan AGClub endirim sistemi, 1 iyun 2004-cü il tarixindən fəaliyyət göstərir və hal-hazırda Bakı şəhəri ərazisində 350-dən çox obyekti özündə birləşdirərək, klub üzvlərinə 30% qədər endirimlər təqdim edir.
AGClub endirim kartları öz mahiyyətinə görə də universaldır. Çünki ən müxtəlif tələbat və maraqlara malik olan alıcıların ehtiyaclarını təmin edir. AGClub kartının daşıyıcıları, vahid endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərlə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlıqlarının və xarici görünüşlərinin qeydinə qalmaq, səyahət etmək imkanı əldə edirlər!
AGClub endirim kartını əldə etmək çox asandır. Bunun üçün AGBank-ın baş ofisinə və ya filiallarından birinə gəlməli və standart ərizə formasını doldurmalısınız. AGCLub kartı, kartlar paketi ilə birlikdə müştərilərimizə təqdim olunur.
AGClub-a qoşulun, endirimlərdən yararlanın.
Ətraflı məlumat üçün www.agclub.az saytına daxil olun, ya da 135 “Alo, AGBank” xidmətinə zəng edin.




Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar