12px14px16px18px

“Sahil” stansiyasında qatarların hərəkətində problem yaranıb

14:12 / 02.03.2012  
Dünən günorta saatlarında Bakı Metropalitienin “Sahil” stansiyasında qatarların hərəkətində problem yaranıb. Bakı Metropolitenindən APA-ya verilən xəbərə görə, “Sahil” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində gedən qatarlardan birində texniki nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində problem qeydə alınıb.
Sonradan nasazlıq aradan qaldırılıb və qatarlar normal şəkildə hərəkət edib.
Hadisə şahidləri isə APA-ya bildiriblər ki, qatarların ləngiməsi nəticəsində stansiyada sıxlıq yaranıb. Bunun qarşısını almaq üçün müvəqqəti olaraq metronun giriş və çıxış qapıları bağlanılıb.




Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar