12px14px16px18px

Dövlət Komitəsi məktəblilərin evdən qaçması faktların araşdırır

13:59 / 02.03.2012
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Azərbaycanda məktəblilərin evdən qaçması faktları ilə bağlı araşdırmalara başlayıb. Bu barədə APA-nın sualını cavablandıran AQUPDK-nin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, komitə bununla bağlı aidiyyəti qurumlara müraciətlər edib və bu istiqamətdə müzakirələr aparılacaq: “Bu məsələ bizi çox narahat edir. Biz yenə valideyn məsuliyyətinin artırılması məsələsini qaldırırıq. Məktəbli uşaqların dərsə getmək adı ilə evdən çıxıb başqa yerə qaçması valideynin məsuliyyətsizliyinin nəticəsidir. Bu məsələdə məktəblərin də məsuliyyəti var. Məktəblər dərsdən qaçan və dərsə gəlməyən uşaqlarla bağlı tədbirlər görməlidir”.
H. Hüseynova deyib ki, valideynlər uşaqlarının internetdən istifadəsinə nəzarət etməlidir: “İnternet bir tərəfdən müasirlik, digər tərəfdən isə böyük bir təhlükədir. Ona görə ki, uşaqlar internet vasitəsilə bir-biri ilə yazışırlar, tanış olurlar. Bunun müsbət nəticəsi olsa yaxşıdır. Lakin çox zaman bu prosesə nəzarət çətin olur və belə neqativ hallara yol açır. Uşaqlar internetdən istifadə etmək hüquqlarından düzgün istifadə etməli, valideynlər də onlara nəzarət etməlidirlər”.



Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar