12px14px16px18px

Azərbaycan internet ticarəti vergilərdən azad edə bilər

00:58 / 01.03.2012
Azərbaycanın internet ödəmə sistemi olan “GoldenPay” şirkəti ölkədə internet ticarəti sahəsinin vergidən azad edilməsi təklifi ilə Vergilər Nazirliyinə müraciət edib.
“APA-Economics”in xəbər verdiyi kimi, bu barədə şirkətin təsisçisi Fərid İsmayılzadə bəyan edib.
F.İsmayılzadənin sözlərinə görə, bu addım ölkədə internet ticarətin inkişafına dəstək verəcək, o cümlədən əhali və şirkətlər arasında internet vasitəsi ilə ödənişlərin inkişafı üçün zəruri olan internet ticarət və veb-ödənişlər vərdişinin inkişafına imkan verəcək.
F.İsmayılzadə bildirib ki, hazırda Vergilər Nazirliyində bu təklifə baxılır. Vergi güzəştinin müvəqqəti olaraq tətbiq edilməsi təklif olunur.




Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar