12px14px16px18px

Brüsseldə Avropa Birliyi və Azərbaycan arasında alt komitənin iclası keçirilib

00:57 / 01.03.2012
Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi (AB) və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitənin VII iclası keçirilib.
Azərbaycan Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycanın AB yanında daimi nümayəndəliyi, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Dəniz Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub. İclasa Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin nümayəndəsi həmsədrlik edib.
Alt komitənin iclasında AB və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb.




Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar