12px14px16px18px

Azərbaycanın turizm sektorunun nümayəndələri ABŞ-da

00:57 / 01.03.2012
Azərbaycanın bir qrup turizm şirkətinin təmsilçisi ABŞ-da keçirilən turizmlə bağlı işgüzar təcrübə proqramında iştirak edirlər. Tədbirə ölkəkimizdən “Millennium Tourism & Congress DMC” şirkətinin rəhbəri Ruslan Quliyev, “Victory Tour” şirkətinin baş meneceri Vüsal Hacıyev qatılıblar. Proqramın iştirakçıları arasında Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacıkistan, Türkmənistan, Ukrayna və Özbəkistanın turizm sektorunun nümayəndələri də var. ABŞ Konqresi tərəfindən maliyyələşdirilən proqramda məqsəd sözügedən ölkələrdə turizmin inkişafına yardım göstərməkdir.
“Millennium Tourism & Congress DMC” şirkətinin direktoru Ruslan Quliyev infotour.az saytına bildirib ki, dörd həftəlik təcrübə onlara ABŞ-ın turizm sahəsi üzrə mütəxəssislərindən faydalı məsləhətlər almalarına kömək edəcək. R.Quliyev bildirib ki, səfərin ilk on günündə onlar ABŞ-ın Ticarət Nazirliyinin turizm və səyahət şöbəsində, ABŞ Turizm Assosiasiyası və s. qurumlarda önəmli görüşlər keçiriblər.
“Victory Tour” şirkətinin baş meneceri Vüsal Hacıyev isə deyib ki, görüşlərlə yanaşı biz burada təşkil olunan seminarlarda da iştirak edirik. Bundan başqa, amerikalı həmkarlarımızın təcrübəsindən daha yaxşı faydalanmaq üçün bir sıra ekskursiyalar da təşkil edilib.
Qeyd edək ki, azərbaycanlı turizm mütəxəssislərinin ABŞ-a səfəri martın 3-dək davam edəcək. Bakıya döndükdən sonra onlar brifinq keçirərək səfərin yekunlarıyla bağlı daha ətraflı məlumat verəcəklər.




Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar