12px14px16px18px

Nazirlər Kabineti Hava Limanında baş vermiş subasma ilə əlaqədar tədbirlər planı hazırlayır

00:56 / 01.03.2012
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində baş verən subasma ilə əlaqədar Nazirlər Kabinetində tədbirlər planı hazırlanır. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev məlumat verib. O bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib: “Subasma ilə əlaqədar Nazirlər Kabinetinə təkliflərimizi təqdim etmişik və hazırda qurumda tədbirlər planı hazırlanır”.
Baş mühəndis deyib ki, ərazidə yeni drenaj sistemi qurulmalıdır: “Oradakı yaşayış massivlərinin çoxunda kanalizasiya sistemi yoxdur. Subasmanın əsas səbəblərindən biri Maştağa, Ramanı, Dədə Qorqud və Şuşa qəsəbələrində evlərin kanalizasiya sularının yerin altına axıdılmasıdır. Bu, qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Yeraltı və yerüstü sular orada sahəsi 50 hektara yaxın olan göl yaradıb. Həmin qəsəbələrin də kanalizasiya sistemi yenidən qurulmalıdır”.
Ş. Niftiyev qeyd edib ki, təcili tədbirlər görülməsə, növbəti yağışlar ərazidə vəziyyəti daha da gərginləşdirə bilər.



Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar