12px14px16px18px

“Human Rights Watsh”ın nümayəndələri hakimiyyət təmsilçiləri ilə görüşüblər

00:51 / 01.03.2012
“Human Rights Watsh” təşkilatının Azərbaycanda səfərdə olan təmsilçiləri hakimiyyət nümayəndələri ilə görüşüblər.
Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanan və Cənubi Qafqaz regionu üzrə aparıcı tədqiqatçı Georgi Gogianı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər Komitəsinin sədri Səməd Seyidovla görüşüb, Xarici İşlər Nazirliyində olublar. APA-nın xəbərinə görə, Jane Buchanan jurnalistlərə bildirib ki, görüşlərdə Bakıdakı Bayraq meydanı və Heydər Əliyev Sarayı ətrafında binaların sökülməsi barədə müzakirələr aparıblar.
Qeyd edək ki, Jane Buchanan Azərbaycandakı mülkiyyət hüququ pozulması ilə bağlı hesabatın müəllifidir.






Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar