12px14px16px18px

Hakimlər üçün ifadə azadlığı hüququ mövzusunda seminar keçirildi

00:51 / 01.03.2012
Avropa Şurası, Avropa Birliyi və Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin təşkilatçılığı ilə hakimlər üçün ifadə azadlığı hüququ (Avropa Konvensiyasının 10-cu maddəsi) mövzusunda iki günlük seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib ki, seminarda müzakirə edilən məsələlər Azərbaycan hökumətinin yeritdiyi siyasətlə yaxından əlaqəlidir. Çünki ötən il dekabrın 27-də ölkə prezidentinin sərəncamı ilə Milli Fəaliyyət Proqramı təsdiq edilib. Həmin proqramda bu sahədə bir neçə tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Ç. Əsgərov deyib ki, son 2-3 ildə artıq Azərbaycan məhkəmələrində ifadə azadlığı ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan maddələr üzrə azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Jerom Pons isə bəyan edib ki, AB Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların aparılmasına dəstək üçün 16 milyon avro ayırıb. Bu sahədə Azərbaycan hökuməti ilə daim dialoq aparıldığını söyləyən J. Ponsun sözlərinə görə, ifadə azadlığı sahəsində əsas məqamlardan biri diffamasiyanın dekriminallaşmasıdır: “Azərbaycan bununla bağlı qərar versə, çox mühüm addım olacaq”.





Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar